Yuxarı

Bakıda 100 min manatlıq xəz gödəkçə dələduzluq yolu ilə alınıb

Bakıda 100 min manatlıq xəz gödəkçə dələduzluq yolu ilə alınıb
Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır

Bakı. 19 yanvar. REPORT.AZ/ Bakıda 100 min manatlıq xəz gödəkçə dələduzluq yolu ilə alınıb.

"Report"un xəbərinə görə, hadisə Nizami rayonunda baş verib.

Belə ki, Bakı şəhər sakini 1973-cü il təvəllüdlü Abbasov Saleh Xudu oğlu hüquq-mühafizə orqanlarına müraciət edərək ona qarşı dələduzluq edildiyini bildirib. O qeyd edib ki, 1991-ci il təvəllüdlü Kərimov Asif Murad oğlu 2009-cu ildə ondan 100 000 manatlıq xəz gödəkçəni alıb, lakin pulunu verməyib.

Faktla bağlı Nizami Rayon Polis İdarəsində araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Tərəfdaşların xəbərləri


Xəbər lenti

Son xəbərlər



Orphus sistemi