Yuxarı

Bakıda 100 manat rüşvət almaqda təqsirləndirilən gömrük mayoruna şərti cəza verilib

Bakı. 21 fevral. REPORT.AZ/ Bakı Ağır Cinayətlər Məhkəməsində 100 manat rüşvət almada təqsirləndirilən Ayaz Cəfərəliyevin cinayət işi üzrə məhkəmə iclası başa çatıb. 

"Report"un xəbərinə görə, hakim Fikrət Qəribovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 

Məhkəmənin hökmü ilə barəsində ev dustaqlığı qətimkan tədbiri seçilmiş A.Cəfərəliyevə şərti cəza verilib. 

Qeyd edək ki, Dövlət Gömrük Komitəsinin (DGK) yaydığı məlumata əsasən, Bakı Baş Gömrük İdarəsi "İpək yolu" gömrük postuna təhkim olunan Baş Gömrük Mühafizə Xidmətinin "Şimal" gömrük mühafizə dəstəsinin böyük mühafizəçisi, gömrük xidməti mayoru Cəfərəliyev Ayaz Nəcəfqulu oğlu "İpək yolu" gömrük postunun 6-cı anbarında xidmət aparan zaman qulluq mövqeyindən sui-istifadə edərək "S3 Safety" MMC-nin ünvanına daxil olan yük nəqliyyat vasitəsinə baxış keçirdiyi üçün həmin şirkətin nümayəndəsi Rəhimov Rəşad İbrahim oğlundan 100 manat məbləğində qeyri-qanuni pul vəsaiti istəyib, R.Rəhimov da ona qeyri-qanuni olaraq 100 manat məbləğində vəsaiti verib.

A.Cəfərəliyevin barəsində həbs qətimkan tədbiri seçilməyib.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi