Bakıda 100 dolları 178 manata satan şəxs cərimələnib

Bakıda 100 dolları 178 manata satan şəxs cərimələnib O, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb
Hadisə
1 Mart , 2017 12:14
Bakıda 100 dolları 178 manata satan şəxs cərimələnib

Bakı. 1 mart. REPORT.AZ/ Bakıda 100 dolları 178 manata satan şəxs cəzalandırılıb.

"Report"un Daxili İşlər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, Nizami rayonu ərazisində Sumqayıt şəhər sakini Taleh Ağayev 100 ABŞ dollarını 178 manata satdığı üçün Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinin 430-cu maddəsi ilə protokol tərtib olunaraq cərimə edilib.

Son xəbərlər

Orphus sistemi