İtkin düşən yeniyetmələrdən biri tapılıb - YENİLƏNİB

İtkin düşən yeniyetmələrdən biri tapılıb - YENİLƏNİB Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb.
Hadisə
27 iyul 2023 05:55
İtkin düşən yeniyetmələrdən biri tapılıb - YENİLƏNİB

Gəncə şəhərində itkin düşən yeniyetmə qız tapılıb.

"Report"un Qərb bürosunun məlumatına görə, 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı polis əməkdaşları tərəfindən Gəncə şəhər ərazisində tapılaraq ailəsinə təhvil verilib.

Xatırladaq ki, yeniyetmə iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə getmişdi.

09.04

Bakı və Gəncə şəhərlərində iki yeniyetmə itkin düşüb.

"Report" xəbər verir ki, Gəncə şəhər sakini 2008-ci il təvəllüdlü Rəfiyeva Brilyant Vüqar qızı iyulun 25-də saat 11 radələrində evdən çıxaraq naməlum istiqamətə gedib və bir daha geri qayıtmayıb.

Digər hadisə isə Sabunçuda qeydə alınıb. Belə ki, 2008-ci il təvəllüdlü Mustafayeva Atlas Malik qızı iyulun 26-da saat 17:20 radələrində yaşadığı evdən çıxaraq geri qayıtmayıb.

Faktlarla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi