Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb

Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb.
Hadisə
10 avqust 2023 06:45
Dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb

Bakı və Abşeronda dəmiryolu stansiyalarının ərazilərindən transformator oğurlanıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, Nəqliyyatda Baş Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Xırdalan və Abşeron dəmiryolu stansiyalarının ərazisindən 4 ədəd drossel-transformatoru oğurlamaqda şübhəli bilinən paytaxt sakini Anar Əsgərov saxlanılıb.

Araşdırmalarla onun Biləcəri dəmiryolu stansiyasının ərazisindən 2 ədəd drossel-transformatorunu oğurlamağa cəhd göstərməsi də müəyyən olunub.

Son xəbərlər

Orphus sistemi