Yuxarı

Bakı-Sumqayıt yolundakı qəzada yaralanan qadın əməliyyat zamanı ölüb

Qəza yerində ölən ikinci şəxsin də kimliyi məlum olub

Bakı. 17 sentyabr. REPORT.AZ/ Bakı-Sumqayıt yolunda baş verən ağır yol qəzasında xəsarət alan və Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilən yaralılardan biri də dünyasını dəyişib. "Report"un hadisə yerində olan əməkdaşının verdiyi xəbərə görə, yaralı Zümrüd Əliyeva əməliyyat zamanı vəfat edib.

Qəza nəticəsində ayağının birini itirən qadının həyatını xilas etmək mümkün olmayıb.

Bununla da ölənlərin sayı 3-ə çatıb. 9 nəfər yaralı var. 

Qəza yerində ölən ikinci şəxsin də kimliyi məlum olub. O, Ramin Kərimovdur. Hazırda meyitlər morqdan çıxarılaraq yuyulması üçün məscidə göndərilib. 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi