Bakı-Quba yolunda avtomobil yanıb, sürücü xəsarət alıb - YENİLƏNİB

Bakı-Quba yolunda avtomobil yanıb, sürücü xəsarət alıb - YENİLƏNİB Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitəsi yanıb.
Hadisə
15 Fevral , 2021 13:10
Bakı-Quba yolunda avtomobil yanıb, sürücü xəsarət alıb - YENİLƏNİB

Bakı-Quba yolunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, hadisə yolun 9-cu km-də - Abşeron rayonu ərazisndən keçən hissəsində qeydə alınıb.

Belə ki, "Hyundai Azera" markalı avtomobil anidən alışıb. Sürücü yanıq xəsarətləri alsa da, maşından çıxmağa müvəffəq olub.

Hadisə yerinə Fövqəladə Fallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidmətinin canlı qüvvəsi cəlb olunub. Yanğın söndürülüb.

08.10

Bakı-Sumqayıt yolunda avtonəqliyyat vasitəsi yanıb.

“Report” xəbər verir ki, hadisə yerinə iki yanğınsöndürən maşın və Dövlət Yol Polisinin əməkdaşları cəlb edilib

Avtonəqliyyat vasitəsi tamamilə yanaraq yararsız vəziyyətə düşüb.

Hadisə səbəbindən yolda tıxac yaranıb. Hələlik yanğın zamanı ölən və yaralananlarla bağlı məlumat yoxdur.

Son xəbərlər

Orphus sistemi