Yuxarı

​Bakı-Sumqayıt sürət qatarlarının hərəkəti bərpa olunub - YENİLƏNİB

Problem elektrik kəsintisindən yaranmışdı

Bakı. 23 fevral. REPORT.AZ/ Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində yaranan problem aradan qaldırılıb. Bunu "Report"a açıqlamasında "Azərbaycan Dəmir Yolları" QSC-nin mətbuat xidmətinin rəhbəri Nadir Əzməmmədov deyib.

N. Əzməmmədovun sözlərinə görə, yaranan problem relslərə verilən elektrikin kəsilməsi ilə əlaqədar olub:

"Problem elektrik kəsintisindən yaranıb və saat 9:00 radələrində hərəkət bərpa edilib və bu dəqiqlələrdə Sumqayıtdan gələn qatar platformaya daxil oldu".

*** 08:09

Səhər saatlarında Bakı-Sumqayıt sürət qatarlarının hərəkətində problem yaranıb.

"Report" xəbər verir ki, bu gün səhər 7:45 və 08:00 radələrində sənaye şəhərindən paytaxta doğru yola çıxmalı olan qatarlar nəzərdə tutulan vaxtda dayanacağa gəlməyib.

Hazırda minə yaxın sərnişin bilet alaraq qatar gözləyir. Sərnişinlərin bir qisminin biletdən imtina edərək dayanacağı tərk etdiyi bildirilir.

Qeyd olunur ki, qatarlar problem səbəbindən Güzdəkdə qalıb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi