Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb

Hadisə
  • 03 iyul, 2018
  • 16:20
Bakı-Sumqayıt-Bakı elektrik qatarlarının hərəkətində yenidən problem yaranıb

Bakı. 3 iyul. REPORT.AZ/ Bakı-Sumqayıt qatarının hərəkətində problem yaranıb. 

Bunu "Report"a “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Sevinc Qədirova təsdiqləyib. 

Onun sözlərinə görə, bu istiqamətdə üç qatar yolda qalıb: "Həmin qatarları xüsusi nəqliyyat vasitələri ilə çəkib yaxın stansiyaya yerləşdiriblər. Sərnişinlər isə təxliyyə edilib. Bütün sərnişinlərin ödənişləri özlərinə qaytarılıb". 

S.Qədirova digər istiqamətlərdə hərəkət edən qatarlarda problem olmadığını deyib: "Elektrik qatarları və digər qatarlar gec saatlarda çıxdığından yolda qalanı yoxdur".

44 filmi