Bakı Şəhər Prokurorluğunun cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

Bakı Şəhər Prokurorluğunun cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb İl ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb
Hadisə
16 Yanvar , 2015 16:11
Bakı Şəhər Prokurorluğunun cəzalandırılan əməkdaşlarının sayı açıqlanıb

Bakı. 16 yanvar. REPORT.AZ/ "Bakı Şəhər Prokurorluğu orqanları tərəfindən ibtidai araşdırmaya prosessual rəhbərlik əsasən düzgün təşkil edilib, bu sahədə tələbkarlıq daha da artırılıb, istintaq və təhqiqatın tam, hərtərəfli və obyektiv aparılmasına nəzarət gücləndirilib. Görülən müsbət işlərin nəticəsidir ki, 2014-cü il ərzində prokurorluqda 210, daxili işlər orqanlarında isə 4517 cinayət işinin istintaqı tamamlanıb". "Report" xəbər verir ki, bunu Bakı şəhər prokuroru Əziz Seyidov 2014-cü ildə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyəti və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş geniş əməliyyat müşavirəsində deyib.

Onun sözlərinə görə, paytaxtın prokurorluq və digər hüquq-mühafizə orqanlarının birgə həyata keçirdiyi istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində qeyri-aşkar şəraitdə törədilən qəsdən adam öldürmə, quldurluq cinayətlərinin, bağlı qalmış ölümlə nəticələnən yol nəqliyyat hadisələrinin açılması, narkotik vasitə və psixotrop maddələrin qanunsuz dövriyyədən çıxarılması və bir sıra digər qanun pozuntularının qarşısının alınması təmin edilib.

Ə.Seyidov deyib ki, Nərimanov rayonunda Mikayıl Əsədovun, Güllərə Qurbanovanın Suraxanı rayonunda, İltifat Mehralıyevin isə Sabunçu rayonunda qeyri-aşkar şəraitdə qəsdən öldürülmələri cinayətlərinin açılması təmin edilərək təqsirkar şəxslər məsuliyyətə cəlb olunublar.

Müşavirədə vətəndaşların qəbulu, onların müraciətlərinə baxılması işinə xüsusi diqqət yetirilərək hər bir əməkdaşdan vətəndaşların qəbulu və onların müraciətlərinin araşdırılması işinə qayğı və həssaslıqla yanaşılması tələb olunub və bildirilib ki, hesabat dövründə şəhər prokurorluğunda ümumilikdə 1 306 vətəndaş qəbul edilib.

2013-ci illə müqayisədə hesabat dövründə qəsdən adam öldürmə və quldurluq cinayətlərinin sayının azalmasına baxmayaraq, 2 qəsdən adam öldürmə, 29 quldurluq cinayətləri açılmayıb.

Əməliyyat müşavirəsində şəhərin prokurorluq orqanları əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb edilməklə vurğulanıb ki, hesabat dövründə bu sahədə yol verdikləri kobud pozuntulara görə şəhər prokurorluq orqanlarının 21 əməkdaşı intizam məsuliyyətinə cəlb olunub, o cümlədən 1 əməkdaş prokurorluq orqanlarından xaric edilib, 4 nəfər vəzifədən azad olunub, 1 nəfər isə vəzifədən kənarlaşdırılıb.

Son xəbərlər

Orphus sistemi