Bakı-Şamaxı yolunda minik maşını aşıb.
"Report" xəbər verir ki, "VAZ-2107" markalı avtomobilin əyləcində yaranan nasazlıq səbəbindən idarəetmədən çıxıb və nəticədə aşıb.
Qəza zamanı 2008-ci il təvəllüdlü Məhmətli Ağaverdi Famil oğlu və onun əmisi qızı 2012-ci il təvəllüdlü Məhmətli Yağmur Samir qızı ağır xəsarət alıblar. Yaralılar 1 saylı Klinik Tibbi Mərkəzə yerləşdirilib. Onlara qapalı kəllə-beyin travması diaqnozu qoyulub.