Bakı sakininin evindən 18 000 manat oğurlanıb

Hadisə
  • 23 yanvar, 2016
  • 10:13
Bakı sakininin evindən 18 000 manat oğurlanıb

Bakı. 23 yanvar. REPORT.AZ/ Bakı sakininin evindən 18 000 manat oğurlanıb.

"Report" xəbər verir ki, məlumatı Daxili İşlər Nazirliyi yayıb. 

Məlumata görə, DİN Kriminalistik Tədqiqatlar İdarəsi və Nizami Rayon Polis İdarəsinin 23-cü Polis Bölməsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yanvarın 15-də Bakı şəhər sakini Laləzar Həmidovanın evindən 18 000 manat oğurlayan həmyerlisi Mirab İbrahimli tutulub.

44 filmi