Bakı sakininin avtomobilini qaçıran şəxs saxlanılıb

Bakı sakininin avtomobilini qaçıran şəxs saxlanılıb Bakıda avtomobil qaçırılıb.
Hadisə
5 Sentyabr , 2019 13:19
Bakı sakininin avtomobilini qaçıran şəxs saxlanılıb

Bakıda avtomobil qaçırılıb.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Yasamal Rayon Polis İdarəsi 29-cu Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Bakı şəhər sakini F.Aşurluya məxsus “VAZ-2121” markalı avtomobili qaçırmaqda şübhəli bilinən R.Əliyev saxlanılıb.

Ətrafında aparılmış əməliyyat tədbirləri ilə onun müəssisələrin birinin anbarından 72 ədəd su sayğacı oğurlaması da müəyyən edilib.

Son xəbərlər

Orphus sistemi