Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxs apellyasiya şikayəti verib

Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxs apellyasiya şikayəti verib İşə hakim Qali Məmmədovun sədrliyi ilə baxılacaq
Hadisə
28 Yanvar , 2017 09:44
Bakı sakinini öldürüb, oğlunu bıçaqlayan şəxs apellyasiya şikayəti verib
Report

Bakı. 28 yanvar. REPORT.AZ/ Bakıda qətl törətməkdə təqsirləndirilən Elməddin Ağayev barəsində olan hökmdən apellyasiya şikayəti verib.

"Report"un xəbərinə görə, Bakı Apellyasiya Məhkəməsində keçiriləcək iclas yanvarın 31-nə təyin edilib.

İşə hakim Qali Məmmədovun sədrliyi ilə baxılacaq.

Qeyd edək ki, hadisə 2015-ci il sentyabrın 19-da Xətai rayonu, Nobel prospekti, 110 ünvanında baş verib. 50 yaşlı Ələddin Qarayev oğlunun toyuna 12 gün qalmış qətlə yetirilib.

Belə ki, Ə.Qarayevin oğlu Əmrah Qarayev Nobel prospekti 110 ünvanında yerləşən "Lion" kafesində kafe sahibinin mühafizəçisi E.Ağayevlə mübahisə edib. Mübahisə daha sonra davaya çevrilib. Ə.Qarayev kafenin yaxınlığındakı evinə gedib. E.Ağayev və qardaşı Niyaməddin Ağayev bıçaq götürərək Ə.Qarayevin yaşadığı evə gəliblər. Evin qarşısında tərəflər arasında növbəti dəfə dava düşüb. E.Ağayev əlindəki bıçaqla Ə.Qarayevin boğaz nahiyəsinə xəsarət yetirib. Ə.Qarayevin atası Əmrah Qarayev evdən beysbol ağacı götürərək qapıya çıxıb və oğluna kömək etməyə çalışıb. E.Ağayev onu da bıçaqlayıb. Hər iki şəxs xəstəxanaya aparılarkən Əmrah Qarayev yolda ölüb. Onun oğlu Ə.Qarayev isə 1 saylı Şəhər Kliniki Xəstəxanasına çatdırılıb. Daha sonra cinayəti törədən şəxs həbs edilib.

Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə E.Ağayev 19 il müddətinə azadlıqdan məhrum edilib.

Son xəbərlər

Orphus sistemi