​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub Yuri Mits 3 il 6 ay müddətinə azadlıqdan məhrum olunub
Hadisə
1 Fevral , 2016 13:02
​Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 1 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərbə vurmaqda təqsirləndirilən Yuri Aleksandroviç Mitsin cinayət işi üzrə məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə Yuri Mits 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2015-ci il sentyabr ayının 24-də Nizami rayonu, Qara Qarayev prospektində Bakı şəhər sakini Faiq Tahirova bıçaqla xəsarət yetirilib. Nizami Rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Bakı şəhər sakini, 2000-ci il təvəllüdlü Yuri Mits tutulub.

Son xəbərlər

Orphus sistemi