Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub Turxan Hüseynov 3 il müddətinəı azadlıqdan məhrum edilib
Hadisə
10 Fevral , 2017 16:54
Bakı sakinini bıçaqlayan şəxsə hökm oxunub

Bakı. 10 fevral. REPORT.AZ/ Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində qəsdən sağlamlığa ağır zərər vurmaqda təqsirləndirilən Turxan Hüseynovun məhkəməsi başa çatıb.

"Report"un xəbərinə görə, hakim Eldar Mikayılovun sədrliyi ilə keçirilən prosesdə təqisirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə T.Hüseynov 3 il müddətinəı azadlıqdan məhrum edilib.

Qeyd edək ki, hadisə Bakının Suraxanı rayonunun Yeni Günəşli qəsəbəsində qeydə alınıb. Bakı şəhər sakini, 1991-ci il təvəllüdlü Əli Quliyev naməlum şəxs tərəfindən bıçaqlanıb. Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.

Suraxanı Rayon Polis İdarəsinin 33-cü Polis Bölməsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində cinayəti törədən Şəmkir rayon sakini T.Hüseynov tutulub.

O, Cinayət Məcəlləsinin 126.1-ci (qəsdən sağlamlığa ağır zərə vurma) maddə islə ittiham olunub.

Son xəbərlər

Orphus sistemi