Bakı sakininə qarşı soyğunçuluq edilib

Bakı sakininə qarşı soyğunçuluq edilib Bakıda soyğunçuluq hadisəsi baş verib.
Hadisə
23 Oktyabr , 2019 12:36
Bakı sakininə qarşı soyğunçuluq edilib

Bakıda soyğunçuluq hadisəsi baş verib.

Bu barədə "Report"a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

Belə ki, Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsinə müraciət edən Bakı şəhər sakini H.Ələkbərov oktyabrın 21-də Nərimanov rayonunun ərazisində 2 nəfərin ona məxsus içərisində bank kartları olan pulqabısını açıq talama yolu ilə almalarını bildirib.

Müraciətlə əlaqədar dərhal müvafiq araşdırmalar aparılıb.

5-ci Polis Bölməsi və Əlahiddə Çevik Polis Alayı əməkdaşlarının birgə keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən paytaxt sakini R.Tağıyev və Füzuli rayon sakini E.Nəsirov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi