Bakı sakininə qarşı 20 min dollarlıq dələduzluq edilib

Bakı sakininə qarşı 20 min dollarlıq dələduzluq edilib Faktla bağlı araşdırma aparılır
Hadisə
23 İyun , 2017 17:48
Bakı sakininə qarşı 20 min dollarlıq dələduzluq edilib

Bakı. 23 iyun. REPORT.AZ/ Bakı sakininə qarşı 20 min dollarlıq dələduzluq edilib.

“Report”un məlumatına görə, paytaxt sakini Rafael Rəhmanov polisə müraciət edərək bildirib ki, 2010-cu ildə tanışı, Sumqayıt şəhər sakini Elçin Dünyamalıyevə Çindən məişət əşyaları alıb gətirəcəyi adı ilə 20 min ABŞ dolları məbləğində pul verib. Lakin E.Dünyamalıyev nə Çindən mal gətirib, nə də pulu qaytarıb.

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi