Bakı. 1 mart. REPORT.AZ/ Bakı şəhər sakininə qarşı 123 min manatlıq dələduzluq edilib.
“Report”un xəbərinə görə, 36 yaşlı Y.Məmmədov hüquq-mühafizə orqanlarına müraciət edərək bildirib ki, 2015-ci ilin oktyabr ayında şəriki, Yardımlı rayon sakini 34 yaşlı Z.Məmmədli tikinti vasitələrinin alınması üçün ayrılmış 123 min manat məbləğində pulu mənimsəyib.
Faktla bağlı araşdırma aparılır.