Bakı sakini “Browning” markalı tapançanı polisə təhvil verib

Hadisə
  • 20 dekabr, 2018
  • 07:24
Bakı sakini “Browning” markalı tapançanı polisə təhvil verib

Əməliyyat və profilaktiki tədbirlər davam etdirilir

Qanunsuz saxlanılan silah-sursatın aşkar edilərək götürülməsi, eyni zamanda, könüllü təhvil verilməsi məqsədilə polis orqanları tərəfindən əməliyyat-axtarış və profilaktiki tədbirlər davam etdirilir.
DİN Mətbuat Xidmətindən verilən məlumata görə, aparılan profilaktiki tədbirlər nəticəsində Bakı şəhər sakini R.Hüseynli “Browning” markalı tapançanı, 2 ədəd patron darağını və 6 ədəd patronu könüllü olaraq Yasamal RPİ-nin 26-cı Polis Bölməsinə təhvil verib.
Ucar Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində isə Bağırbəyli kənd sakini Vüqar Cəbrayılovdan müvafiq sənədləri olmayan “TOZ-16” markalı tüfəng götürülüb.
Bu istiqamətdə tədbirlər davam etdirilir.

44 filmi