Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB

Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB Abşeron. 19 aprel. REPORT.AZ/ Bakı-Quba yolunda yol qəzasında ölən piyadanın adı məlum olub.
Hadisə
19 Aprel , 2018 11:55
Bakı-Quba yolunda ölümlə nəticələnən yol qəzası olub - YENİLƏNİB
Report

Abşeron. 19 aprel. REPORT.AZ/ Bakı-Quba yolunda yol qəzasında ölən piyadanın adı məlum olub.

"Report"un Sumqayıt-Abşeron bürosunun məlumatına görə, Abşeron rayonunda naməlum avtomobil 1956-cı il təvəllüdlü Ömərov Əhməd Səməd oğlunu vurub. Yaralı aldığı xəsarətlərdən hadisə yerində ölüb. 


***10:05

Abşeron. 19 aprel. REPORT.AZ/ Bakı-Quba magistralında ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Sumqayıt-Abşeron bürosu xəbər verir ki, hadisə magistralın Abşeron rayonunun Ceyranbatan qəsəbəsi ərazisində qeydə alınıb.

Təqribən, 40-45 yaşlı kişini maşın vuraraq öldürüb. Hazırda ölən şəxsin kimliyi müəyyənləşdirilir.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi