Bakı-Qazax-Gürcüstan yolunda yük avtomobili yolu keçən şəxsi vurub öldürüb

Bakı-Qazax-Gürcüstan yolunda yük avtomobili yolu keçən şəxsi vurub öldürüb Bakı-Qazax-Gürcüstan yolunda ölümlə nəticələnən yol qəzası baş verib.
Hadisə
30 Oktyabr , 2019 09:32
Bakı-Qazax-Gürcüstan yolunda yük avtomobili yolu keçən şəxsi vurub öldürüb

Bakı-Qazax-Gürcüstan yolunda ölümlə nəticələnən yol qəzası baş verib.

“Report”un xəbərinə görə, hadisə oktyabrın 29-da, saat 21:30 radələrində yolun Ucar rayonu ərazisində qeydə alınıb.

Belə ki, Balakən rayon sakini, 1972-ci il təvəllüdlü Qurban Qocuyev özünə məxsus “Ford-Tranzit” markalı yük avtomobili ilə yolu sağdan sola keçmək istəyən Qusar sakini, 1988-ci il təvəllüdlü Kənan Mirzəliyevi vurub. Yaralı hadisə yerində ölüb.

Faktla bağlı Daxili İşlər Nazirliyinin Baş İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, Bu Məcəllənin 263.1-ci maddəsində nəzərdə tutulmuş əməllər ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb, istintaq aparılır.

Son xəbərlər

Orphus sistemi