Bakı-Qazax yolunda qatı duman maşınların hərəkətində çətinlik yaradıb - FOTO

Hadisə
  • 20 yanvar, 2019
  • 00:02
Bakı-Qazax yolunda qatı duman maşınların hərəkətində çətinlik yaradıb - FOTO

Yevlax. 20 yanvar. REPORT.AZ/ Yevlax-Goranboy istiqamətindən keçən avtomagistralda qatı duman müşahidə olunur.

“Report”un Şirvan bürosu xəbər verir ki, duman Bakı-Qazax magistralının Yevlax-Goran istiqamətində nəqliyyatın normal hərəkəti üçün ciddi çətinlik yaradıb.

Həmin istiqamətdə görmə məsafəsi aşağı düşdüyü üçün avtomobillərin bir çoxu yol kənarında gözləməyə, digərləri isə minimal sürətlə hərəkət etməyə üstünlük verir.