Bakı-Qazax yolunda minik maşını aşıb, 3 nəfər xəsarət alıb - FOTO

Bakı-Qazax yolunda minik maşını aşıb, 3 nəfər xəsarət alıb - FOTO Hadisə Hacıqabul rayonu ərazisində qeydə alınıb
Hadisə
15 Oktyabr , 2017 15:16
Bakı-Qazax yolunda minik maşını aşıb, 3 nəfər xəsarət alıb - FOTO
Report

Hacıqabul. 15 oktyabr. REPORT.AZ/ Bakı-Qazax yolunda 3 nəfərin xəsarət alması ilə nəticələnən avtomobil qəzası baş verib.

"Report"un Aran bürosunun məlumatına görə, hadisə yolun Hacıqabul rayonu ərazisindən keçən hissəsində qeydə alınıb.

Bakı istiqamətində hərəkətdə olan "02-BM-202" dövlət qeydiyyat nişanlı "Toyota Prado" markalı minik maşını yol kənarında olan beton maneəyə dəyərək aşıb. Qəza zamanı 3 nəfər xəsarət alıb, avtomobil isə yararsız vəziyyətə düşüb. Maşında olan yüklər (meyvə-tərəvəz) yol boyu yerə səpələnib.

Hazırda polis əməkdaşları hadisə yerində araşdırma aparır.

Son xəbərlər

Orphus sistemi