Bakı-Qazax yolunda avtomobil qəzası baş verib: xəsarət alanlar var - YENİLƏNİB

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib: xəsarət alanlar var - YENİLƏNİB Hadisə zamanı iki nəfər xəsarət alıb
Hadisə
17 Sentyabr , 2017 22:48
Bakı-Qazax yolunda avtomobil qəzası baş verib: xəsarət alanlar var - YENİLƏNİB
Courtesy İmage

Şəmkir. 17 sentyabr. REPORT.AZ/ Bakı-Qazax yolunun Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş vermiş yol qəzasında xəsarət alanların kimliyi məlum olub.

"Report"un Qərb bürosunun məlumatına görə, "VAZ-2106" markalı avtomobilin maneəyə çırpılması nəticəsində Şəmkir rayon sakini, 1941-ci il təvəllüdlü, Fərhad Teymur oğlu Kamranlı və onun həmyerlisi, 1948-ci il təvəllüdlü Əli Həsən oğlu Həşimov xəsarət alıblar.

Məlumata görə, onlar hüzr mərasiminə gedirmiş. Sürücü avtomobilə idarəetməni itirdiyindən nəqliyyat vasitəsi maneəyə çırpılıb.

Faktla bağlı araşdırma aparılır.


***21:00

Bakı-Qazax yolunda avtomobil qəzası baş verib. 

"Report"un Qərb bürosunun məlumatına görə, hadisə Şəmkir rayonunun Sabir kənd ərazisindən keçən hissəsində baş verib.

Belə ki, "VAZ-2106" markalı avtomobil idarəetmədən çıxaraq maneəyə çırpılıb. Hadisə zamanı iki nəfərin xəsarət aldığı bildirilir. 

Hadisə yerinə dövlət yol polisi əməkdaşları və təcili yardım maşını cəlb olunub.

Son xəbərlər

Orphus sistemi