Bakı-Qazax yolunda avtomobil aşıb

Bakı-Qazax yolunda avtomobil aşıb Goranboy. 9 fevral. REPORT.AZ/ Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə
9 Fevral , 2019 00:11
Bakı-Qazax yolunda avtomobil aşıb

Goranboy. 9 fevral. REPORT.AZ/ Goranboy rayonunda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un Qərb bürosunun məlumatına görə, Bakı-Qazax avtomobil yolu ilə Bakı istiqamətdə hərəkətdə olan maşın rayon ərazisindən keçən zaman idarəetmədən çıxaraq aşıb.

Nəticədə maşında olan sərnişinlər - İsmayılova Zemfira (1964) və İsmayılov Canpolad (1963) müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib. Qəza zamanı cüzi xəsarət alan sürücü İsmayılov Elxan Canpolad oğlu (1991), daha 1 qadın və 2 uşağa ( 8 aylıq və 2 yaşlı) yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Daha əvvəl müğənni Qax rayonunda yol qəzasına düşərək ölüb.

Son xəbərlər

Orphus sistemi