Azərbaycanda müğənni yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB

Azərbaycanda müğənni yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB Qax. 7 fevral. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı müğənni qadın dünyasını dəyişib.
Hadisə
7 Fevral , 2019 14:52
Azərbaycanda müğənni yol qəzasında ölüb - VİDEO - YENİLƏNİB
Report

Qax. 7 fevral. REPORT.AZ/ Qax rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi zamanı müğənni qadın dünyasını dəyişib.

"Report"un yerli bürosu xəbər verir ki, 1980-ci il təvəllüdlü Mehriban Natiq qızı Mustafayeva aldığı xəsarətlərdən hadisə yerində ölüb. Sürücü, 1979-cu il təvəllüdlü Polad Mahmud oğlu Məmmədov və digər iki sərnişin müxtəlif dərəcəli bədən xəsarətləri ilə Qax Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, mərhum M.Mustafayeva uzun illərdir şimal-qərb bölgəsində müğənni kimi fəaliyyət göstərirdi. 


*** 13:29

Qax. 7 fevral. REPORT.AZ/ Qax rayonunda yol qəzası baş verib.

"Report"un Şimal-qərb bürosunun məlumatına görə, hadisə bu gün günorta saatlarında Zaqatala-Qax avtomobil yolunun rayonun Qum kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

Belə ki, "VAZ-21015" markalı avtomobil yoldan çıxaraq ağaca çırpılıb. Nəticədə avtomobildə olan qadın ağır bədən xəsarətləri alaraq ölüb. 

Faktla bağlı araşdırma aparılır. 

Son xəbərlər

Orphus sistemi