Bakı. 11 yanvar. REPORT.AZ/ Paytaxtın Qaradağ rayonu ərazisində beşmərtəbəli yaşayış binasının 3-cü mərtəbəsində sahibi məlum olmayan mənzildə yanğınla nəticələnən partalyış baş verib.
"Report" Fövqəladə Hallar Nazirliyinə istinadən xəbər verir ki, nəticədə 1 otağın yanar konstruksiyaları və ev əşyaları, eyvanın yanar konstruksiyaları yanıb, partlayışın təsirindən mənzilin pəncərə şüşələri dağılıb.
Yanğın zamanı mənzildə yaşayan 5 nəfər müxtəlif yanıq xəsarətləri ilə təcili tibbi yardım tərəfindən Mərkəzi Yanıq xəstəxanasına aparılıb. Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Yanğın söndürülüb.