Bakı Olimpiya Stadionunun yaxınlığındakı yanğın söndürülüb

Bakı Olimpiya Stadionunun yaxınlığındakı yanğın söndürülüb Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.
Hadisə
4186
21 Sentyabr , 2020 19:10
Bakı Olimpiya Stadionunun yaxınlığındakı yanğın söndürülüb

Bakı şəhərinin Sabunçu rayonunda Bakı Olimpiya Stadionunun yaxınlığında sıx qamışlıq, quru ot və kol-kos olan ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Bu barədə "Report"a FHN-dən məlumat verilib. 

İlkin məlumata görə, 1 ha sahədə qamışlıq və quru ot yanıb. Yaxınlıqdakı neft və qaz kəmərləri, həmçinin yaşayış evləri yanğından mühafizə olunub.

17:47

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhərinin Sabunçu rayonunda açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

Bu barədə “Report”a Fövqəladə Hallar Nazirliyinin (FHN) Mətbuat Xidmətindən məlumat verilib. 

Bildirilib ki, FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğınsöndürmə işlərinə cəlb edilib.

İlkin məlumata görə, 0,5 ha sahədə qamışlıq və kol-kos yanır.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Qeyd edək ki, yanğın baş verən ərazi Bakı Olimpiya Stadionunun yaxınlığıdır.

Son xəbərlər

Orphus sistemi