Bakı metrosunda tüstülənmənin qarşısı alınıb, sərnişinlər təxliyə edilib - FOTO - YENİLƏNİB

Bakı metrosunda tüstülənmənin qarşısı alınıb, sərnişinlər təxliyə edilib - FOTO - YENİLƏNİB FHN hadisə ilə bağlı məlumat yayıb
Hadisə
15 Mart , 2017 21:09

Bakı. 15 mart. REPORT.AZ/ Fövqəladə Hallar Nazirliyi (FHN) Bakı metrosunda baş vermiş tüstülənmə ilə bağlı məlumat yayıb. 

"Report" nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı Metropoliteninin "28 May" stansiyasından "Gənclik" stansiyasına gedən tuneldə tüstülənmə olması barədə məlumat daxil olub. Dərhal Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürənləri hadisə yerinə cəlb olunub, operativ tədbirlər nəticəsində tüstülənmənin mənbəyi aşkar edilib və qarşısı alınıb. 

Əlavə məlumat veriləcək.

*** 20:26

Bakı metrosunda qatarların hərəkətində problem yaranıb, sərnişinlər təxliyə edilir. 

"Report"un hadisə yerində olan əməkdaşlarının verdiyi məlumata görə, buna səbəb “28 May" və "Gənclik” metro stansiyaları arasında tuneldə tüstülənmənin baş verməsidir. 

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin canlı qüvvəsi və texnikası və təcili tibbi yardım maşınları cəlb olunub. 

Hazırda tüstülənmənin səbəbləri araşdırılır.  

Son xəbərlər

Orphus sistemi