Yuxarı

​Bakı metrosunda sərnişin polisi döyüb - ƏLAVƏ OLUNUB

Hazırda Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcələssinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə istintaq tədbirləri davam etdirilir

Bakı. 11 dekabr. REPORT.AZ/ “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin stansiyalarından birində sərnişin polisi döyüb. “Report”un xəbərinə görə, hadisə metronun “Həzi Aslanov” stansiyasında baş verib.

Belə ki, Bakı şəhər sakini 1987-ci il təvəllüdlü Faris Əsədov sərxoş vəziyyətdə stansiyaya daxil olaraq metrodan istifadə qaydalarını pozub. Bu zaman orada xidmətdə olan polis serjantı Bəhruz Zeynalov onu intizama dəvət edib. Lakin F.Əsədov müqavimət göstərərək B.Zeynalova xəsarət yetirib. Polis əməkdaşı üz nahiyəsindən xəsarət alıb. Faktla bağlı Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 221-ci (xuliqanlıq) maddəsi ilə cinayət işi açılıb. Araşdırmalar davam etdirilir.

Baş Prokurorluğun mətbuat xidmətindən bildirilib ki, 2015-ci ilin oktyabrın 5-də baş vermiş faktla bağlı hazırda Xətai Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcələssinin 221.2.2 (xuliqanlıq) maddəsi ilə istintaq tədbirləri davam etdirilir.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi