​Bakı Metropoliteninin stansiyalarında baş verən qəzaların statistikası açıqlanıb

​Bakı Metropoliteninin stansiyalarında baş verən qəzaların statistikası açıqlanıb "Bu il ərzində sərnişinlər tərəfindən metro stansiyalarında quraşdırılan "SOS" aparatları vasitəsilə heç bir çağırış olmayıb"
Hadisə
447
25 Dekabr , 2014 09:44
​Bakı Metropoliteninin stansiyalarında baş verən qəzaların statistikası açıqlanıb

Bakı. 25 dekabr. REPORT.AZ/ 2014-cü ilin 11 ayı ərzində "Bakı Metropoliteni" QSC-nin stansiyalarında vətəndaşların xəsarət alması ilə nəticələnən 63 hadisə baş verib.

Bunu QSC-nin İctimaiyyətlə əlaqələr və mətbuat katibliyinin rəisi Nəsimi Paşayev "Report"un sorğusuna cavab olaraq bildirib.

N.Paşayev deyib ki, bu hadisələrdən 16-sı yolda, 6-sı vestibüldə, 33-ü eskalatorda, 7-si platformada baş verib. Hadisələr zamanı 38 nəfər xəsarət alıb.

N.Paşayev bildirib ki, bu il ərzində sərnişinlər tərəfindən metro stansiyalarında quraşdırılan "SOS" aparatları vasitəsilə heç bir çağırış olmayıb: "Həmin aparatlar fövqəladə hadisələr zamanı istifadə olunur. Bu il ərzində Metropolitendə hər hansı fövqəladə hadisə baş verməyib".

Son xəbərlər

Orphus sistemi