Bakı küçələrində təhlükəli manevrlər edən sürücü həbs olundu - FOTO - VİDEO - YENİLƏNİB

Bakı küçələrində təhlükəli manevrlər edən sürücü həbs olundu - FOTO - VİDEO - YENİLƏNİB Nəsimi Rayon Məhkəməsi həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimovla bağlı qərarı elan edib.
Hadisə
18 İyun , 2020 20:28
Bakı küçələrində təhlükəli manevrlər edən sürücü həbs olundu - FOTO - VİDEO - YENİLƏNİB
Report

Nəsimi Rayon Məhkəməsi həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimovla bağlı qərarı elan edib.

“Report”un əldə etdiyi məlumata görə, məhkəmənin qərarı ilə N.Kərimova 30 sutka inzibati həbs cəzası verilib.

Həmçinin o, 1 il müddətinə sürücülük hüququndan məhrum edilib.


***16:34

Həftəsonu tətbiq edilən sərt karantin günündə boş küçələrdə təhlükəli manevrlər edən avtomobilin sürücüsü Nicat Kərimov saxlanılıb.

Bu barədə “Report”a Bakı Şəhər Baş Polis İdarəsinin (BDYPİ) Dövlət Yol Polisi (DYP) İdarəsinin şöbə rəisi, polis polkovniki Vaqif Əsədov deyib.

Onun sözlərinə görə, sürücünün barəsində tədbir görülməsi üçün sənədlər toplanılaraq Nəsimi Rayon Məhkəməsinə göndərilib: “Hazırda məhkəmənin qərarı elan olunmayıb”.

Qeyd edək ki, sərt karantin rejiminin ikinci günündə Bakı şəhəri, Nəsimi rayonu, Mirəsədulla Mirqasımov küçəsində naməlum şəxsin avtomobillə boş küçələrdə təhlükəli manevrlər etməsi barədə sosial şəbəkələrdə videgörüntülər yayılıb.

Son xəbərlər

Orphus sistemi