Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 8 ili tamam olur.
Hadisə
29 Noyabr , 2019 12:57
Bakı Ali Neft Məktəbinin 8 yaşı tamam olur

Bu gün Bakı Ali Neft Məktəbinin (BANM) yaranmasının 8 ili tamam olur. 

"Report"un xəbərinə görə, yarandığı gündən Azərbaycan universitetlərinin reytinq cədvəlində öz liderliyini saxlayan Ali Məktəb Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 29 noyabr 2011-ci il tarixli 539 nömrəli fərmanı ilə SOCAR-ın strukturunda yaradılıb.

2017-ci il mayın 1-də Qafqaz regionunun ən böyük kampusu olan BANM-in yeni kampusu da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin iştirakı ilə açılaraq istifadəyə verilib.

Cari ildə BANM-in dövlət sifarişli ixtisaslarına qəbul olmaq üçün ümumi orta bal - 678 bal olub.

2019/2020-ci tədris ilində BANM-in 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Bu göstərici üzrə də BANM ölkə üzrə ali məktəblər arasında ön sıralarda yer alıb.

Ali Məktəb 8 illik fəaliyyətində artıq üçüncü məzun buraxılışı həyata keçirib. Məzunların işlə təmin olunması isə 100% təşkil edir. Bu gün BANM-i bitirən məzunlar yerli və transmilli şirkətlərdə çalışır və dünyanın aparıcı universitetlərində təhsillərini davam etdirirlər.

8 illik uğurlu fəaliyyəti dövründə Ali Məktəb ölkədə peşəkar mühəndislərin hazırlanmasında SOCAR, STAR Refinery, BP, ABB, Emerson, Schneider Electric, Maire Tecnimont, Halliburton, Microsoft, Schlumberger, Equinor, Total, Avandsis Group və digər ən qabaqcıl şirkətlərlə əməkdaşlıq edib. Bu da BANM-in məzunlarının beynəlxalq standartlara uyğun kadrlar kimi yetişməsinə imkan yaradır. 

Son xəbərlər

Orphus sistemi