Bakıda oğru qardaşlar tutulub
Hadisə
- 15 avqust, 2014
- 06:16
Bakı. 15 avqust. REPORT.AZ/ Bakının Sabunçu rayonunda oğurluq etməkdə şübhəli bilinən iki qardaş polis tərəfindən saxlanılıb. Bu barədə Report-a Bakı şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən məlumat verilib.
Belə ki, Sabunçu rayon Polis İdarəsinin 12-ci polis bölməsi əməkdaşlarının keçirdiyi əməliyyat tədbirləri nəticəsində oğurluqda şübhəli bilinən Elnur Yaqubov və qardaşı Elmir tutulub. Məlum olub ki, onlar aprelin 2-də Vüqar Mirimovun Q.Vəzirov küçəsindəki evindən 3000 manat, noutbuk və qızıl-zinət əşyaları, mayın 23-də həmin küçədə Ramil Alıyevin evindən mobil telefon, iyunun 12-nə keçən gecə isə rayon ərazisində yerləşən xəstəxanada Qurban Orucova məxsus 2 ədəd mobil telefonu oğurlayıblar.
Faktlarla bağlı araşdırma aparılır.
Son xəbərlər
20:21
"Zərifə və Heydər Əliyevlər – Əbədiyaşar məhəbbət" kitabı Sarayevoda boşnak dilində nəşr olunub
Xarici siyasət20:13
Foto
Türkiyənin Baş Ombudsmanı Azərbaycanın səfiri ilə görüşüb
Xarici siyasət20:06
Azərbaycanın daha bir güləşçisi Avropa çempionatında finala yüksəlib
Fərdi20:05
Foto
Emin Əmrullayev işğaldan azad olunmuş ərazilərdə çalışan müəllimlərlə görüşüb
Elm və təhsil20:00
Bu gün ikinci Qədr gecəsidir
Din19:49
Video
"Haber Global"ın Beyrutdan canlı yayımı zamanı şəhər bombalanıb
Digər ölkələr19:45
Zelenski və Ərdoğan İran ətrafındakı vəziyyəti müzakirə ediblər
Digər ölkələr19:43
İsrail "Hizbullah"ın raket buraxılış qurğularını məhv edib
Digər ölkələr19:41