Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Hadisə
2 Oktyabr , 2014
11:35


Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib. Bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Belə ki, "Papanin" kimi tanınan ərazidə 1981-ci il təvəllüdlü Elçin Zeynalov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi RPİ-nin əməkdaşları araşdırmalara başlayıblar. E.Zeynalovu bıçaqlayan şəxsin axtarışları davam edir.
Rus versiyası
В Баку 33-летнего мужчину ранили ножом
Son xəbərlər
