Bakıda 33 yaşlı kişi bıçaqlanıb

Bakıda 33 yaşlı kişi bıçaqlanıb Cinayəti törədən şəxsin axtarışları davam edir
Hadisə
2 Oktyabr , 2014 11:35
Bakıda 33 yaşlı kişi bıçaqlanıb
Bakı. 2 Oktyabr. REPORT.AZ/ Bakının Nəsimi rayonunda bıçaqlanma baş verib. Bu barədə "Report"a Nəsimi Rayon Polis İdarəsindən (RPİ) məlumat verilib. Belə ki, "Papanin" kimi tanınan ərazidə 1981-ci il təvəllüdlü Elçin Zeynalov naməlum şəxs tərəfindən bıçaqlanıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisə ilə bağlı Nəsimi RPİ-nin əməkdaşları araşdırmalara başlayıblar. E.Zeynalovu bıçaqlayan şəxsin  axtarışları davam edir. 

Son xəbərlər

Orphus sistemi