Azərbaycanda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb

Azərbaycanda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb Saxlanılan şəxsin maşınından başqa dövlət qeydiyyat nişanları da aşkar edilib
Hadisə
11 Sentyabr , 2014 14:21
Azərbaycanda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb

Bakı. 11 sentyabr. REPORT.AZ/ Abşeron rayonunda oğurladığı dövlət qeydiyyat nişanları ilə avtomobil idarə edən şəxs saxlanılıb. Report-un Daxili İşlər Nazirliyinin (DİN) saytına istinadən verdiyi məlumata görə, sentyabrın 8-də Heydər İbrahimova məxsus “Hyundai” markalı avtomobildən oğurlanan dövlət qeydiyyat nişanları üzərində olan “Daewoo” markalı avtomobilin Bakı-Şamaxı yolunda hərəkətdə olması DİN-in Təhlükəsiz Şəhər Xidməti tərəfindən aşkar edilib. Görülən tədbirlərlə həmin avtomobil Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindən saxlanılıb. Avtomobili idarə edən Bakı şəhər sakini Adil Əhmədov araşdırmalar aparılması üçün Abşeron Rayon Polis Şöbəsinə təhvil verilib.

Avtomobilə baxış zamanı Lənkəran rayon sakini Fuad Tağıyevə məxsus “VAZ-21099” markalı avtomobilə aid dövlət qeydiyyat nişanları da aşkar edilərək götürülüb.

Son xəbərlər

Orphus sistemi