Bakıda azyaşlıya qarşı quldurluqda təqsirləndirilən şagirdin məhkəməsi başlayır
- 24 sentyabr, 2019
- 05:37
Yeniliklərdən dərhal xəbərdar olun!
Bakıda quldurluq etməkdə təqsirləndirilən orta məktəb şagirdi Y.Mustafazadənin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.
"Report"un xəbərinə görə, cinayət işi baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Hakim Əhməd Quliyevin icraatına verilən iş üzrə hazırlıq iclası yaxın günlərdə keçiriləcək.
Qeyd edək ki, hadisə bu ilin may ayında paytaxtın Qaradağ rayonu, Müşfiqabad qəsəbəsində baş verib. Həmin qəsəbədə yaşayan, orta məktəb şagirdi 2003-cü il təvəllüdlü Y.Mustafazadə tanışı, məcburi köçkünlərin məskunlaşdığı şəhərcikdə yaşayan 2005-ci il təvəllüdlü A.H-ni bıçaqla öldürməklə hədələyib. Bundan sonra Y.Mustafaadə A.H-nin yaşadığı evə gəlib. Y.Mustafazadə mənzilə daxil olaraq seyfdən 3690 manatı götürərək hadisə yerindən qaçıb.
Ona Cinayət Məcəlləsinin 181.2.5-ci (silah və ya silah qismində istifadə edilən əşyalar tətbiq edilməklə quldurluq) maddəsi ilə ittiham verilib.