"Azərenerji": Şimal Elektrik Stansiyasındakı qəza enerji sisteminin fəaliyyətinə təsir etməyib

"Azərenerji": Şimal Elektrik Stansiyasındakı qəza enerji sisteminin fəaliyyətinə təsir etməyib Bakı. 13 noyabr. REPORT.AZ/ “Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”.
Hadisə
13 Noyabr , 2018 17:44
Azərenerji: Şimal Elektrik Stansiyasındakı qəza enerji sisteminin fəaliyyətinə təsir etməyib
“Azərenerji” ASC-nin mətbuat xidmətinin rəhbəri Yəhya Babanlı / Report/ Firi Salim

Bakı. 13 noyabr. REPORT.AZ/ “Şimal Elektrik Stansiyasının ehtiyat blokunun transformatorunda yanğın baş verib və yanğın tez bir zamanda lokallaşdırılıb”.

Bunu “Report”a qurumun İctimaiyyətlə əlaqələr və mətbuat xidmətinin rəisi Yəhya Babanlı deyib.

Y.Babanlının sözlərinə görə, qəza elektrik enerjisi istehsalı prosesinə təsir etməyib: “Baş verən hadisə nə Şimal Elektrik Stansiyasının işinə, nə də ümumi enerji sisteminin fəaliyyətinə heç bir təsir göstərməyib”.

Son xəbərlər

Orphus sistemi