Yuxarı
    Bağlamaq

    ​Azərbaycanlı polis əməkdaşını qətlə yetirib

    29 yaşlı soydaşımız polisə özü təslim olub

    Bakı. 23 yanvar. REPORT.AZ/ Rusiyanın Nijniy Novqorod şəhərində təcrübədə olan polis əməkdaşını qətlə yetirməkdə şübhəli bilinən 29 yaşlı azərbaycanlı yanvarın 23-də saxlanılıb.

    "Report" xəbər verir ki, hadisə 13 yanvar tarixində Engels küçəsində baş verib.

    İstintaqın fərziyyəsinə görə, avtomobil dayanacağında münaqişə baş verib. Həmyerlimizin öz maşını ilə az qala polis əməkdaşlarını vuracaqmış və bu, qarşı tərəfin xoşuna gəlməyib. Tərəflər arasında yaranan mübahisə sonda bıçaqlanma ilə nəticələnib.

    Qanlı münaqişədən sonra soydaşımız hadisə yerindən uzaqlaşıb. Hüquq-mühafizə orqanları bir neçə gün hadisədə müqəssir bilinən şəxsi axtarıb. Lakin ehtimal edilən qatil özü polisə gəlib. Onun etirafına görə, vicdanı gizlənməsinə icazə verməyib və o, polisə təslim olmaq qərarına gəlib.

    Məhkəmə ilkin istintaq üçün şübhəli şəxs barədə həbs qəti imkan tədbiri seçib.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi