Azərbaycanın məşhur memarı vəfat edib

Azərbaycanın məşhur memarı vəfat edib Professor Rəfael Həsənov dünyasını dəyişib
Hadisə
20 Oktyabr , 2015 10:00
Azərbaycanın məşhur memarı vəfat edib

Bakı. 20 oktyabr. REPORT.AZ/ Azərbaycanın məşhur memarı vəfat edib. "Report" xəbər verir ki, Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının həqiqi üzvü, əməkdar incəsənət xadimi, professor Rəfael Müseyb oğlu Həsənov dünyasını dəyişib.

Qeyd edək ki, Rəfael Həsənov Şərq Ölkələri Beynəlxalq Memarlıq Akademiyasının vitse-prezidenti və təftiş komissiyasının sədri, Dövlət mükafatı laureatı, Azərbaycan Dövlət Memarlıq və İnşaat Universitetinin dizayn kafedrasının müdiri olub.

Son xəbərlər

Orphus sistemi