Yuxarı
    Bağlamaq

    Azərbaycanın DİN-də kadr təyinatı olub

    Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib

    Bakı. 29 noyabr. REPORT.AZ/ Azərbaycanın daxili işlər orqanlarında kadr təyinatı olub. "Report"un məlumatına görə nazir general-polkovnik Ramil Usubovun əmri ilə Sabunçu  Rayon Polis İdarəsinin (RPİ) Cinayət Axtarış Şöbəsinin (CAŞ) rəisi, polis polkovnik-leytenantı Ədalət Əliyev vəzifəsindən uzaqlaşdırılıb. Nazirin digər bir əmri ilə Ə.Əliyev Nizami RPİ-nin əməliyyat işləri üzrə rəis müavini təyin edilib.

    Faktı Daxili İşlər Nazirliyinin mətbuat xidməti təsdiq edib.

    Qeyd edək ki, bir neçə gün əvvəl müvafiq əmrlə Nizami RPİ-nin keçmiş rəis müavini İzzət Əsgərov Baş Narkotiklərlə Mübarizə İdarəsinin Cənub Regional Şöbəsinin rəisi vəzifəsinə təyinat alıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi