Azərbaycandan qanunsuz yolla valyuta çıxarılmasının qarşısı alınıb

Azərbaycandan qanunsuz yolla valyuta çıxarılmasının qarşısı alınıb Faktla bağlı araşdırma aparılır
Hadisə
16 Dekabr , 2016 10:14
Azərbaycandan qanunsuz yolla valyuta çıxarılmasının qarşısı alınıb

Bakı. 16 dekabr. REPORT.AZ/ Dövlət Gömrük Komitəsi (DGK) Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda xarici valyutanın qanunsuz yolla ölkə ərazisindən çıxarılmasına cəhdin qarşısını alıblar. Bu barədə “Report”a DGK-dan bildirilib.

Məlumata görə, Bakı-İstanbul aviareysi ilə getmək üçün Heydər Əliyev Beynəlxalq Hava Limanının gömrük nəzarəti zonasına daxil olan ölkə vətəndaşı mütləq qaydada bəyan etməli olduğu xarici valyutanı əvvəlcədən gömrük orqanına təqdim etməyib. Lakin həmin şəxsin əl çantası və üst geyimi rentgen aparatından keçirilərkən monitorda pul əskinaslarına bənzər təsvirlər görünüb. Təkrar yoxlama nəticəsində vətəndaşın çantasından və gödəkçəsinin cibindən 20 300 ABŞ dolları aşkar edilib.

Faktla bağlı araşdırma aparılır.

Son xəbərlər

Orphus sistemi