İranda yenidən zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB-3

İranda yenidən zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB-3 Azərbaycanda zəlzələ olub.
Hadisə
8 Noyabr , 2023 11:11
İranda yenidən zəlzələ olub, Azərbaycanda da hiss edilib - YENİLƏNİB-3

Yerli vaxtla saat saat 11:09-da İranla Azərbaycan sərhəddində zəlzələ qeydə alınıb.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan "Report"a verilən məlumata görə, zəlzələ Cəlilabad , Yardımlı, Lənkəran, Lerik, Astara rayonlarında 4-3 bala qədər hiss olunub.

Təkanların maqnitudası 4.7 olub.

10.17

Zəlzələ nəticəsində hər hansı dağıntı və ya xəsarət barədə Fövqəladə Hallar Nazirliyinə (FHN) məlumat daxil olmayıb.

"Report" xəbər verir ki, bu barədə FHN məlumat yayıb.

09.54

Bu gün yerli vaxtla 09:18-də İran ərazisində maqnitudası 5.1 olan zəlzələ baş verib.

AMEA nəzdində RSXM-nin Zəlzələlərin tədqiqatı bürosundan "Report"a verilən məlumata görə, təkanlar Azərbaycanın həmsərhəd rayonlarında və ona yaxın ərazilərdə 5-3 bala qədər hiss olunub.

09.35

Bu gün yerli vaxtla saat 09:18-də İran ərazisində zəlzələ olub.

"Report" xəbər verir ki, bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Qeyd olunub ki, maqnitudası 5.1 olan təkanlar Azərbaycanın sərhəd bölgələrində, o cümlədən Ağdam rayonunda, Yardımlı, Lerik, Saatlıda da hiss olunub.

Son xəbərlər

Orphus sistemi