​Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB

​Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB Təkanlar hiss edilib
Hadisə
3 İyun , 2015 15:36
​Azərbaycanda daha bir zəlzələ olub - YENİLƏNİB

Bakı. 3 iyun. REPORT.AZ/ Bir gün ərzində Azərbaycanda ikinci zəzələ qeydə alınıb. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, növbəti zəlzələ İsmayıllı rayonu ərazisində olub. Təkanlar yerli vaxtla 15:06-da qeydə alınıb.

Maqnitudası 4, dərinliyi 6 km olan zəlzələ hiss olunub.

*** saat 14:55

Bakı. 3 iyun. REPORT.AZ/ Şamaxı rayonu ərazisində, Şamaxı-İsmayıllı sərhədində zəlzələ qeydə alınıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən “Report”a verilən xəbərə görə, təkanlar yerli vaxtla 14:32-də qeydə alınıb.

Maqnitudası 4,6, dərinliyi 5 km olan zəlzələ hiss olunub.

Son xəbərlər

Orphus sistemi