Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2

Azərbaycanda zəlzələ olub - VİDEO - YENİLƏNİB-2 Video əlavə olunub
Hadisə
28 Avqust , 2018 17:53
0 : 00
0 : 00

Video əlavə olunub


Lənkəran. 28 avqust. REPORT.AZ/ Cənub bölgəsində baş verən zəlzələ zamanı yerli sakinlərə ziyan dəyib.

"Report"un Cənub bürosu xəbər verir ki, zəlzələ zamanı Lerik və Lənkəran rayonları ərazisində fərdi yaşayış evlərində çatlar əmələ gəlib və ev bəzi əşyaları sınıb. 

Lerik Rayon İcra Hakimiyyətindən "Report"un yerli bürosuna bildirilib ki, sakinlərə dəyən ziyan araşdırlır. 


*** 17:14

Lənkəran. 28 avqust. REPORT.AZ/ Lerik rayonunda zəlzələ baş verib. 

“Report”un Cənub bürosunun əldə etdiyi ilkin məlumatlara görə, yerli vaxtla 16:57:14-də Lerik rayonu ərazisində zəlzələ qeydə alınıb. 

Zəlzələ episentrdə 5 baldan çox, yaxın yaşayış məntəqələrində 3-4 bala qədər hiss olunub. Təkanların maqnitudası 5.1, dərinliyi isə 15 km olub.


*** 17:02

Lənkəran. 28 avqust. REPORT.AZ/ Azərbaycanın cənub bölgəsində zəlzələ olub.

"Report"un Cənub bürosunun məlumatına görə, yeraltı təkan, təxminən, 16:56 radələrində qeydə alınıb. 

Zəlzələ 3-4 bal gücündə hiss edilib.

Təkanlar Lənkəran, Masallı, Astara, Lerik, Biləsuvar, Salyan və digər ətraf rayonlarda da hiss olunub. 

Son xəbərlər

Orphus sistemi