Azərbaycanda son gündə 2 nəfər koronavirusa yoluxub, ölən yoxdur
- 03 iyul, 2023
- 18:10
Yeniliklərdən dərhal xəbərdar olun!
Azərbaycanda son sutka ərzində koronavirus (COVID-19) infeksiyasına yoluxanların və peyvənd olunanların sayı açıqlanıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan “Report”a verilən məlumata görə, son sutkada infeksiyaya 2 yeni yoluxma faktı qeydə alınıb.
COVID-19-a yoluxan 5 nəfər sağalıb, ölən yoxdur.
İndiyədək ölkədə ümumilikdə 831 950 nəfərin xəstəliyə yoluxması faktı müəyyən edilib, onlardan 821 660 nəfər müalicə olunaraq sağalıb, hazırda 7 aktiv xəstə var. Bu günə qədər 10 283 nəfər vəfat edib.
Məlumata görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar 365, bu günə qədər isə ümumilikdə 7 644 849 test icra olunub.
Ölkədə son sutka ərzində vaksin vurulmayıb.
Azərbaycanda bu günə qədər vurulan vaksinlərin ümumi sayı isə 13 967 228 olub.