Azərbaycanda qayınata gəlinini güllələyib

Azərbaycanda qayınata gəlinini güllələyib Hadisəni törədən Amaxan Nəzərov tutulub
Hadisə
25 İyul , 2015 13:19
Azərbaycanda qayınata gəlinini güllələyib

Bakı. 25 iyul. REPORT.AZ/ Azərbaycanda qayınata gəlinini güllələyib. “Report” Daxili İşlər Nazirliyinin (DİN) rəsmi saytına istinadən xəbər verir ki, iyulun 25-də Qusar rayonunun Avaran kənd sakini Amaxan Nəzərov yaşadığı evdə münaqişə zəminində gəlini Sevinc Məmmədovaya tüfəngdən açdığı atəşlə xəsarət yetirib. Nəticədə S.Məmmədova hadisə yerində ölüb.

Qusar Rayon Polis Şöbəsi (RPŞ) əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində A.Nəzərov tutulub. Ondan hadisəni törədərkən istifadə etdiyi “İJ-16” markalı tüfəng götürülüb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

Son xəbərlər

Orphus sistemi