​Azərbaycanda qatar vurması nəticəsində qolsuz qalan şəxs intihar edib

​Azərbaycanda qatar vurması nəticəsində qolsuz qalan şəxs intihar edib Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır
Hadisə
19 Noyabr , 2015 12:36
​Azərbaycanda qatar vurması nəticəsində qolsuz qalan şəxs intihar edib

Bakı. 19 noyabr. REPORT.AZ/ Sumqayıt şəhərində intihar hadisəsi baş verib. “Report”un xəbərinə görə, 43 yaşlı Natiq Namazov yaşadığı doqquzmərtəbəli binanın damına çıxaraq özünü aşağı atıb.

Faktla bağlı Sumqayıt Şəhər Prokurorluğunda araşdırma aparılır.

Qeyd edək ki, N.Namazovu ayyarım əvvəl qatar vurub. Hadisə Şəmkir rayonunda baş verib. Həmin vaxt xəstəxanaya yerləşdirilən N.Namazovun sağ qolu amputasiya edilmişdi.

Son xəbərlər

Orphus sistemi